Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2019 13:36
Bakı. Trend:
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə sənədlərdən aldatma yolu ilə istifadə edərək ölkə ərazisinə "Land Rover Discovery" markalı nəqliyyat vasitəsinin gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sənədlərdə 2014 -cü il buraxılışlı göstərilən şassi nömrəsi "SALLAAAM6EA727547" olan "Land Rover Discovery" markalı avtonəqliyyat vasitəsinin olduğu yer müəyyən edilib və saxlanılıb. Üzərindəki şassi və ban nömrəsinin saxta olması şübhə doğurduğu üçün xüsusi texniki vasitələrlə avtomobil yoxlanılıb. "Land Rover Discovery" markalı avtonəqliyyat vasitəsinə texniki və diaqnostik baxış həyata keçirildikdən sonra həmin nəqliyyat vasitəsinin buraxılış ilinin 2015-ci il, qanuni şassi nömrənin "SALLAAAF6FA732079" olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin