Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artistinin qızı Türkiyədə aparıcılıq edir - FOTO

Xalq artistinin qızı Türkiyədə aparıcılıq edir -  FOTO

Tarix: 27 May 2020 15:20

"Hərdən qızım Fidan mənə deyir ki, sən digər analar kimi danışmırsan, mənə dərs keçirsən. Qızımla qeybətləşməyə marağım yoxdur, zamanımı boş söhbətlərə həsr etməyi də sevmirəm".

Milli.Az oxu.az-a istinadən bildirir ki,bu sözləri Xalq artisti Tünzalə Ağayeva "Planet Parni iz Baku" komandasının tanınmış üzvü olan Tahir İmanovun "Instagram"da açdığı canlı yayımda qonaq olarkən deyib.

Sənətçi Türkiyədə ali təhsil alan qızının radioda aparıcılıq etməsindən danışıb:

"Fidan təhsil aldığı universitetin radiosunda aparıcılıq edir. O, ilk azərbaycanlı tələbədir ki, həftədə bir dəfə Türkiyə gənclərinə Vətənimiz haqqında bəhs edir. Bu, mənim təşəbbüsüm yox, qızımın istəyi olub. Bunu biləndə qızımla fəxr etdim. Hər dəfə mənimlə ünsiyyət quranda efiri dinləyib-dinləmədiyimi soruşur.

Onların qonaqları müəllimlər, dekanlar və digər ictimai şəxslər olur. Türkiyə cəmiyyəti gənclərimizi bildiyimiz qədər tanımır. Özüm də qızıma müxtəlif ideyalar və mövzular verirəm. 20 ildə yetişdirdiyim övladımın məni sevindirməyə nail olması ilə qürur duyuram".

Milli.Az


Etiketlər:  Xalq artistinin qızı Türkiyədə aparıcılıq edir FOTO


RƏYLƏR