Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

20 ildən sonra elektromobillər bazarı hansı səviyyədə olacaq?

20 ildən sonra elektromobillər bazarı hansı səviyyədə olacaq?

Tarix: 28 May 2020 08:04

Avropada və Asiyada daxili yanacaq mühərrikli avtomobillərin istifadəsi barəsində qanunların sərtləşdirilməsi səbəbilə avtomobil istehsalçıları tədricən elektromobil istehsalını genişləndirirlər. Koronavirus pandemiyası həmin istehsalçıların planlarına tədricən təsir göstərəcək. Lakin artıq 2022-ci ilə kimi bütün dünyada 500-dən çox müxtəlif elektromobil modeli olacaq. Geniş seçim və rəqabətçil qiymətlər yeni müştəriləri cəlb etməyə yardımçı olacaqlar. Nəticədə 2040-cı ilə kimi bütün dünyanın nəqliyyat sistemində elektromobillərin ümumi payı 2.7%-dən 31%-ə yüksələcək. Bu barədə Bloomberg saytı xəbər verib.

Sərnişin elektromobillərinin satışları 2015-ci ildən 2019-cu ilə kimi 450.000 ədəd elektromobildən 2.1 milyon ədəd elektromobilə kimi yüksəlib. Bu il koronavirus pandemiyası səbəbilə elektromobil satışları bir qədər aşağı düşəcək. Lakin dünyadakı vəziyyət bir qədər düzələndən sonra elektromobl batareyalarının qiymətlərinin aşağı düşməsi, həcmlərinin yüksəlməsi, şarj stansiyalarının infrastruktunun genişləndirilməsi və yeni satış bazarları hesabına elektromobil satışları yenidən yüksələcək.

Tədqiqatçıların proqnozlarına əsasən 2025-ci ilə kimi elektromobil satışları 8.5 milyon ədəd, 2030-cu ilə kimi 26 milyon ədəd, 2040-cı ilə kimi isə 54 milyon ədəd təşkil edəcək.
    Elektrikləşdirilmiş nəqliyyat növlərinin satışları hələ də çox kiçikdir (2.7%). Lakin buna baxmayaraq bu göstərici yüksək templə artmaqda davam edir. 2040-cı ilə kimi satılacaq bütün sərnişin nəqliyyat növlərinin 58%-ni məhz elektrikləşdirilmiş avtomobillər təşkil edəcəklər. Çin və Avropa bazarlarında daha yüksək olacaq. Buna baxmayaraq elektromobillərə keçid prosesini inkişafda olan ölkələrin bazarları ləngidə bilərlər. Satış göstəricilərinin yüksəlməsinə baxmayaraq 2030-cu ilə kimi dünya yollarındakı bütün sərnişin nəqliyyat növlərinin yalnız 8%-ni elektromobillər təşkil edəcəklər. 2040-cı ilə kimi isə bu göstərici 31%-ə yüksələcək.


Etiketlər:  ildən sonra elektromobillər bazarı hansı səviyyədə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ