Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb

Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb

Tarix: 29 May 2020 10:32

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,88 faiz artaraq 12,98 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Aprel ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10,92 faiz azalıb və 2,719 milyon dollara bərabər olub.

2020-ci ilin yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz azalaraq 4,798 milyard dollar təşkil edib.

Hesabat dövründə hazır geyim ixracı Türkiyənin ümumi ixracının 9,3 faizini təşkil edib.

Son 12 ay ərzində (aprel 2019 - aprel 2020) Türkiyə 16,481 milyard dollar məbləğində hazır geyim ixrac edib.


Etiketlər:  Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ