Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İbrahim Məmmədov: Karantin rejiminin tələblərinə ciddi nəzarət olacaq

İbrahim Məmmədov: Karantin rejiminin tələblərinə ciddi nəzarət olacaq

Tarix: 29 May 2020 18:24

Karantin rejiminin tələblərinə nəzarət ciddi olacaq. Belə ki, qoruyucu tibbi maskaların istifadəsi məcburi və mütləq olacaq.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Hökumət rəsmisi bildirib ki, bununla bağlı müvafiq qərar imzalanıb: "Qaydalara əməl etməyənlər cərimələnəcək. Sərbəstlik artıqdıqca məsuliyyət artacaq. Cəzalar artacaq və sərtləşəcək. Cəzanın miqdarı hələ dəqiqləşməyib. Məsələ ilə bağlı sənəd parlamentə təqdim olunacaq. Cərimələrdən qaçmaq mümkün olmayacaq".

O qeyd edib ki, hansı rayonda yoluxma artsa, həmin bölgə qapadılabilər və orada daha güclü karantin rejiminin tətbiq olunması mümkündür.


Etiketlər:  İbrahim Məmmədov Karantin rejiminin tələblərinə ciddi nəzarət olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ