Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Min bir dərdin dərmanı - ÜZƏRLİKLƏ BAĞLI BİLMƏDİKLƏRİMİZ

Min bir dərdin dərmanı - ÜZƏRLİKLƏ BAĞLI BİLMƏDİKLƏRİMİZ

Tarix: 30 May 2020 15:27

Üzərlik otundan hələ qədim zamanlardan həm fiziki, həm də ruhi xəstəliklərin müalicəsində istifadə olunub. Bu şəfalı bitkidən başda tənəffüs yolları xəstəlikləri olmaq şərtilə, bir çox xəstəliklərin müalicəsində indi də istifadə olunur.

Sonxeber.net Lent.az-a istinadən sanki mistik xüsusiyyətə malik olan üzərlikdən hansı problemləri ortadan qaldırmaq üçün istifadə olunduğnu təqdim edir.

Türkiyə mətbuatının yazdığına görə, Anadolu torpaqlarında da eynilə Azərbaycanda olduğu kimi üzərlik otuna şəfa qaynağı kimi baxılıb. Hazırda bu bitkidən bir çox xəstəliklərin müalicəsində, eləcə də neqativ enerjiyə qarşı istifadə olunur. Hətta Türkiyədə bu bitki xüsusi olaraq yetişdirilir və müalicəvi bitki kimi satılır.

Anadoluda başqa Balkanlarda da bu bitkidən nəzərdən qorunmaq üçün istifadə olunub. Evlərin divarından asılıb, yandırılıb tüstüsündən istifadə olunub və olunur.

Qədim Misirdə də istifadə olunan üzərliyi yandırdıqda ətrafda olan mənfi enerjiləri uzaqlaşdırdığına inanılırdı. Bu inam hələ də davam edir və insanlar bir narahatlıqları, baş ağrıları olanada üzərlik yandırır və rahatlıq tapırlar.

Mütəxəssislərin yazdıqlarına görə, bu bitkidən istifadə metobalizmanı sürətləndirir. Bağırsaqların daha sağlam şəkildə çalışmasına yardımçı olur və qurdların yaranmasının qarşısını alır.

Yaz aylarlında yayılan qrip və soyuqdəymə xəstəliklərinin müalicəsində boğaz ağrısı və infeksiyanı aradan qaldırdığı kimi, öskürəyin keçməsinə də yardım edir.

Sidik kanallarında yaranan iltihab və infeksiyaların keçməsinə təsir edir.

Xroniki baş ağrısı olanlara müsbət təsir edir.

Tənəffüs yollarında problemi olan insanlara yaxşı təsir edər və burun tutulmasının qarşısını alar. Diqqət dağınıqlığından əziyyət çəkənlərin köməyinə çatır. Bu problemlərdən əziyyət çəkənlər üzərliyin çayı və tüstüsündən istifadə edə bilərlər.

Bəlğəmi təmizləyir, menustrasiya pozuqluğunda, hormonların qaydasında ifraz olunmasına kömək edir. Serotonin ifrazını artırmaqla insanları sakitləşdirir.

Bəs üzərlik otunu necə istifadə etmək olar?

Üzərliyin ən çox tüstüsü və çayından istifadə olunur. Gün ərzində bir fincan çayının mütəmadi istifadəsindən sonra faydası özünü göstərir. Bir büküm üzərliyi bir fincan qaynar suya qoyduqdan sonra beş dəqiqə dəmlənməyini gözləmək lazımdır. İlıq halda içillməlidir. Hər dəmləmədə təzə otlardan istifadə etmək məsləhətdir.

Tüstüsü ilə müalicədə isə ot yandırılır və evin içində gəzdirilir. Beləliklə, evdəki mənfi enerji və ruhların uzaqlaşdığına inanılır. Bu üsul hələ qədim zamanlardan bir çox fərlqi din və mədəniyyətlərdə istifadə olunub.

Kətan toxumu, bal və üzərlik toxumunun qarışıqğından əldə edilən məcundan gündə bir qaşıq yemək nəfəs darlığı olanlar üçün müsbət təsir edir.

Yazılanlara görə, Həzrəti Məhəmməd Peyğəmbərin (s) üzərlik otunun faydası ilə bağlı hədisi mövcuddur. Rəvayətə görə, peyğəmbər üzərlik otundan dərman kimi istifadə olunduğuna işarət edib.


Etiketlər:  dərdin dərmanı ÜZƏRLİKLƏ BAĞLI BİLMƏDİKLƏRİMİZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ