Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ən populyar smartfon açıqlanıb

Ən populyar smartfon açıqlanıb

Tarix: 31 May 2020 13:03

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9to5mac” nəşrinin “Omdia” agentliyinin hesabatına istinadən məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, yanvar-martda “Apple” şirkəti 19,5 milyon ədəd “iPhone 11” tədarük edib. Agentliyin məlumatına görə, şirkətin ovaxtkı ən ucuz smartfonu digər modelləri böyük fərqlə üstələməklə birinci yeri tutub. İkinci pillədə 6,8 milyon ədəd göstərici ilə “Samsung Galaxy A51”, üçüncüdə isə satış həcmi 6,6 milyon ədəd təşkil edən “Xiaomi Redmi Note 8” smartfonu qərarlaşıb.

 

“Omdia” mütəxəssisləri xatırladıb ki, 2019-cu ilin birinci rübündə ən populyar smartfon “iPhone 11” modelindən əvvəl buraxılan “iPhone Xr” olub. Bununla yanaşı, hazırda koronavirus pandemiyası satış həcminin azalmasına səbəb olmayıb: “iPhone 11” smartfonunun tədarükü “iPhone Xr” modelini 5,9 milyon ədəd üstələyib. “Omdia” nümayəndələrinin sözlərinə görə, “Apple” smartfonu ardıcıl ikinci ildir qlobal bazarda birinci yerə sahib çıxır. Bundan başqa, brendi təmsil edən qurğular – “iPhone Xr, “11 Pro Max” və “11 Pro” müvafiq olaraq beşinci, altıncı və səkkizinci yeri tutublar.

 

Hesabatda Cənubi Koreya şirkətinin uğuru da qeyd olunur. Siyahıda dörd “Samsung” smartfonu təmsil olunduğu halda onluqda 3,5 milyon ədəd satılan bahalı “Galaxy S20 5G” modeli yer alıb. Analitiklər qeyd edib ki, Cənubi Koreya istehsalçısının qabaqcıl smartfonu beşinci nəsil mobil rabitə şəbəkələrində işi dəstəkləyən qurğular bazarında ən populyar olub.

 

Həmçinin vurğulanır ki, əksər regionlarda “5G” şəbəkəsinin nüfuzetmə tempinin zəifləməsi qaçılmazdır. Bundan əlavə, koronavirus pandemiyasına görə ilin sonunadək smartfonların satış həcmində azalma proqnozlaşdırılır.

 

Nizam Nuriyev




Etiketlər:  Ən populyar smartfon açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ