Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2020 16:35
Arada yazırlar ki, ay Allah, nə çirkinsən, ölürəm sənin üçün! Elə bilirəm ki, insan yanımdadır, ona görə belə çox istəyir. Mən hələ olduğum yeri anlamıram. Özümə müəyyən çərçivələr qoymuşam, dəliliklərim yerindədir. İndi tamaşaçılar bunu görmür, çünki efirə az çıxıram. Hər gün proqramlarda olsam, betərinin şahidi olarlar. Mən verilişlərdə şarlardan, əlavə bəzəklərdən bezmişəm.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Fatehin divanı"nda qonaq olarkən bildirib. Sənətçi son dövrlərdə ona söz atanlara cavab verməmə səbəbini də açıqlayıb:
"Mən özümə söz vermişəm, sənətə gələn qız və oğlana məsləhət vermərəm. Demişəm ki, əgər məsləhət versəm, üzümə şapalaq vurun! Bir də ki, insanların ailə həyatı qurmağı-ayrılmağı barədə danışmağı sevmirəm. Deyirəm ki, bu mövzuları məndən uzaq tutun. Bir aktrisa (Məlahət Abbasova- red.) mənim barədə xoşəgəlməz sözlər dedi, cavab qaytardım. 3 gecə yata bilmədim, başqalarının pis enerjisini götürmüşdüm. Qoy məndən danışsınlar, özüm gecə rahat yatım. Çünki mən cavab verəndə ağır olur".
Xalq artisti qeyd edib ki, ruhunun sakit olmağı üçün mütəxəssislərdən kömək alır: "Mental sakitliyim üçün türk mütəxəssislərlə görüşürəm. Yollar bağlandığı üçün indi gedə bilmirəm. 2014-cu ildən sonra başa düşdüm ki, əsəblərim yerində deyil, nə deyilirdisə, ağlayırdım. Sən demə, bu uşaqlıqdan qalan bir psixoloji problemdir. Heç vaxt tək qala bilmirəm. Ancaq İstanbuldakı evimə gedirəm. Mən olmadığım halda evimi təmizləyən olur. Lakin mən gedirəmsə, hər şeyi özüm edirəm, beynimi təmizləyirəm. Burada isə mümkün deyil".
Sənətçi Bakı Konqres Mərkəzindəki solo konsertinin karantin dövrünə təsadüf etdiyi üçün maddi zərər gördüyünü bildirib: "Konsertimə ruhən hazır idim. Türkiyə, Ukrayna və Rusiyadan olan mütəxəssislər cəlb etmişdik, təxirə saldıq. Maddi tərəfdən ziyanımız oldu, hələ də davam edir. İndi isə konserti tamamilə dəyişdik. Geyimlər filan... Mən eyni qala bilməzdim. Konsertimə gələn insanların hamısını görürəm. Məni hiss edən insanları o an tapıram. Kim məcbur gəlirsə, onu da deyirəm".
Röya bildirib ki, sevgi insanıdır, lakin eşq yaşadığı şəxslə çox bir arada ola bilmir: "Evdə oturub fikirləşirəm ki, karantin dövründə boşanmaların sayı artacaq. Ya da hər kəs mənim kimi "nə gözəl qohumlarımız var" deyəcək. Mən sevən adamam, amma yanımda 3 gün qalırsa, deyirəm ki, çıxıb getsin".
DJ Fateh R. Ayxanın son fotosessiyasının fotolarını nümayiş etdirərək, "bu şəkillər nə qədər bəylərin votsaplarına göndərilib və xanımları anındaca sildirib" rəyini verib.
Röya isə "yox, qadınlar məni yoldaşlarına qısqanmırlar" - deyə, vurğulayıb.