Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

III ANİMAFİLM festivalı beynəlxalq və uşaq münsiflər heyətinin tərkibini elan etdi

III ANİMAFİLM festivalı beynəlxalq və uşaq münsiflər heyətinin tərkibini elan etdi

Tarix: 1 Iyun 2020 09:54

3-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Fransa, Çexiya, Belçika, İngiltərə, Gürcüstan, Rusiya, İran və Azərbaycandan olan peşəkarlardan və uşaqlardan ibarət münsiflər heyətinin tərkibini elan edib.

İstedadın dəstəklənməsi və animasiya sənətinin irəlilədilməsi meyarlarına əsaslanaraq, festivalda nominasiyaları iki beynəlxalq tərkibli və bir uşaqlardan ibarət yerli münsiflər heyəti animasiya filmlərini və ssenariləri dəyərləndirəcək.

Animasiya filmləri üzrə münsiflər heyətinin üzvləri: Olivier Catherin (Fransa), Nancy Denney-Phelps (Belçika), Daria Kashcheeva (Çexiya), Zurab Diasamidze (Gürcüstan), Şamil Nəcəfzadə (Azərbaycan)

Ssenarilər üzrə beynəlxalq münsiflər heyəti üzvləri: Aaron Wood (İngiltərə), Mohammad Zare (İran), Rana Vaezi (İran), Alena Polikowska (Rusiya) Oleq Səfərəliyev (Azərbaycan)
Beynəlxalq münsiflər heyətinə dünyanın tanınmış animasiya tənqidçisi Nancy Denney-Phelps başçılıq edəcək.

Uşaq münsiflər heyəti: Bu ilki festivalda uşaqlardan ibarət münsiflər heyəti artıq ikinci dəfə fəaliyyət göstərəcək. Uşaq münsiflər heyətinə üzvlər seçimini Azərbaycanın tanınmış animasiya rejissoru, "Qızıl qayıq" mükafatı laureatı Elçin Hami Axundov həyata keçirib. Seçilmiş uşaq münsiflər heyəti "Mücrü" Uşaq Dərgisinin iyun buraxılışında dərc olunub.

Bundan əlavə, hər bir tamaşaçı da səs verməklə, animasiya filmlərinin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Səsvermənin yekununda "Tamaşaçı rəğbəti mükafatı" təqdim ediləcək.
III ANİMAFİLM festivalı Oktyabrın 14-dən 18-dək Bakı və Şəki şəhərlərində keçiriləcək. Builki festivalın mövzusu Fransız animasiyasına həsr olunmuşdur. Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Çex Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, "Nizami" Kino Mərkəzi, "Mücrü" nəşriyyatı və digər tərəfdaş və sponsoraların dəstəyi ilə keçiriləcək.

Milli.Az


Etiketlər:  III ANİMAFİLM festivalı beynəlxalq uşaq münsiflər heyətinin tərkibini elan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ