Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abituriyentlərin nəzərinə: UNEC-də 5 ixtisas qrupu üzrə tələbə qəbulu aparılacaq

Abituriyentlərin nəzərinə: UNEC-də 5 ixtisas qrupu üzrə tələbə qəbulu aparılacaq

Tarix: 1 Iyun 2020 12:09

Bakı. Trend:

UNEC-də 5 ixtisas qrupu üzrə tələbə qəbulu aparılacaq.

1. UNEC-də 5 ixtisas qrupu üzrə tələbə qəbulu aparılır.

2. 2020/2021-ci tədris ilində UNEC-də texniki və texnoloji ixtisaslar üzrə 3000 tələbə üçün nəzərdə tutulan, 12 ən müasir laboratoriya, auditoriya, mühazirə və linqafon otaqları, yeməkxana, idman zalı, kitabxana, konfrans zalları ilə təchiz edilən, modern memarlıq elementləri ilə zəngin kampus yeni tədris ilindən istifadəyə veriləcək.

3. UNEC-də 2020/2021-ci tədris ilində bakalavr pilləsi üzrə I və II ixtisas qruplarında yeni ixtisaslar açılıb.

4. UNEC-də tədris 4 dildə - azərbaycan, türk, rus və ingilis dillərində aparılır.

5. UNEC 600-dən yüksək bal toplayan abituriyent və beynəlxalq olimpiada qaliblərinə 100 AZN məbləğində xüsusi təqaüd verir.

6. Semestr ərzində imtahanlarda ən yüksək nəticə göstərən hər kurs üzrə 15 tələbə 100 AZN məbləğində ikinci əlaçı təqaüdü qazanır.

7. Avropanın aparıcı universitetlərinin diplomuna UNEC-də sahib olmaq mümkündür. Tələbələr 4 il ərzində UNEC-lə yanaşı, Fransanın Montpellier Universiteti, Paris şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbinin, London Universiteti/London İqtisadiyyat Məktəbinin və Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin diplomunu əldə edə bilirlər.

8. Tələbələr “Erasmus+” və “Mövlana” beynəlxalq proqramları çərçivəsində Avropa və Türkiyənin nüfuzlu universitetlərində mübadilədə iştirak edirlər.

9. UNEC tələbələri innovativ və operativ xidmət olan “Bir pəncərə” sistemi vasitəsilə lazım olan arayışları onlayn şəkildə əldə edirlər.

10. UNEC-də tədris Amerika, Kanada və Qərbi Avropanın ən nüfuzlu universitetlərinin məzunları olan gənc müəllimlər tərəfindən aparılır.

11. Elektron Universitet Modeli vasitəsilə tələbələr mühazirə, dərs materialları, dərs cədvəli, imtahan balı, dərsə davamiyyət barədə məlumatları şəxsi elektron kabinetindən əldə edirlər.

12. UNEC İnnovativ Biznes İnkubatoru tələbələrə kreativ ideyalarını şəxsi bizneslərinə çevirməyə dəstək olur.

13. UNEC-də fəaliyyət göstərən 24/7 kitabxana tələbələrə dərs və imtahanlara rahatlıqla hazırlaşmağa və dünyanın aparıcı universitetlərinin elektron kitabxana bazalarına daxil olmağa imkan verir. Bütün tədris binalaraında oxu zalları və kitabxanalar yenilənərək tələbələrin istifadəsinə verilib.

14. UNEC Yaradıcılıq Mərkəzi tələbələrə yaradıcılıq potensiallarını inkişaf etdirmək şansı yaradır.


Etiketlər:  Abituriyentlərin nəzərinə UNEC 5 ixtisas qrupu üzrə tələbə qəbulu aparılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ