Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin günlərində bədii gimnastlardan xarici idmançılara ustad dərsləri

Karantin günlərində bədii gimnastlardan xarici idmançılara ustad dərsləri

Tarix: 1 Iyun 2020 15:24

Bakı. Trend:

Ölkədə COVİD-19 pandemiyası ilə bağlı karantin günləri davam etdiyi bir dövrdə xarici ölkələrin gimnastları üçün onlayn ustad dərsləri təşkil edilir.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə bildirilib ki, bədii gimnastika üzrə yığmanın üzvləri öz məşqlərinə davam etməklə yanaşı bu ustad dərslərində iştirak edərək, həm də faydalı təcrübə əldə edirlər.

Belə ki, komandamızın aparıcı gimnastlarından biri, Yay Universiadasının mükafatçısı, Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova Polşa gimnastları üçün onlayn ustad dərsləri keçib.

Belə ustad dərsləri Slovakiya və Latviya gimnastları üçün də təşkil edilmişdir. Slovakiya bədii gimnastları üçün ustad dərslərini Avropa çempionatının gümüş və bürünc medalçısı Siyana Vasileva və bədii gimnastika üzrə gənclərin ilk Dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova keçib. Latviya gimnastları üçün təşkil edilmiş onlayn dərslərin də təlimçisi Arzu Cəlilova olub.

Yığma üzvlərinin ustad dərsləri bununla bitmir. Belə ki, iyun ayında Hindistanın bədii gimnastları üçün onlayn ustad dərsləri də təşkil ediləcək. Bu təlimləri bədii gimnastika yığma komandasının əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Natalya Bulanova, yığmanın məşqçisi Lalə Məhərrəmova və baş xoreoqrafı Kamil Quliyev tərəfindən keçiriləcəkdir.

Gimnastika klubları və cəmiyyətlərinin istəyi əsasında yerli gimnastlar üçün də onlayn təlimlər təşkil edilir.


Etiketlər:  Karantin günlərində bədii gimnastlardan xarici idmançılara ustad dərsləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ