Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramin Bayramlıdan metrodakı hadisəyə münasibət

Ramin Bayramlıdan metrodakı hadisəyə münasibət

Tarix: 2 Iyun 2020 18:02

""COVID-19" infeksiyasının sürətlə yayıldığını nəzərə alaraq, ölkəmizdə aparılan eks-epidemik tədbirlərə dəstək olmaq hər bir vətəndaşın sosial məsuliyyətidir".

Sonxeber.net xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı qafqazinfo-ya metroda baş verən mübahisəyə münasibət bildirərkən deyib. O, bildirib ki, qaydalara riayət etmək hər kəsin borcudur: "Koronavirusdan qorunmaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın maska istifadəsi və fiziki məsafə saxlamaqla bağlı qərarı, xüsusilə qapalı məkanlarda vətəndaşlar tərəfindən icra edilməlidir. Bura ictimai nəqliyyat, ictimai iaşə müəssisələri, iş yerləri və s. məkanlar aiddir. 

Dövlətimizin koronavirusa qarşı həyata keçirdiyi profilaktik və maarifləndirmə tədbirlərinə baxmayaraq, əsasən, ictimai nəqliyyatda, dayanacaqlarda, kafe və restoranlarda maskadan istifadə edilmir və fiziki məsafə qorunmur. 

TƏBİB və aidiyyəti qurumlar tərəfindən vətəndaşların maarifləndirilməsi istiqamətində işlər davam etdirilir, şəhərin müxtəlif yerlərində, eləcə də ictimai nəqliyyatda maarifləndirici materiallar yerləşdirilir. 

Bir daha bəyan edirik ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qapalı məkanlarda maskadan istifadə məcburidir və bu tələbin pozulması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vətəndaşlarımızı maskadan istifadə etməyə, fiziki məsafəni qorumağa və özlərinin və yaxınlarının sağlamlığına biganə yanaşmamağa çağırırıq".

Xatırladaq ki, ötən gün metronun "Qara Qarayev" stansiyasında bir neçə şəxsin polis əməkdaşının maskadan istifadə etmək tələbinə riayət etməməsi mübahisə ilə nəticələnib. Vətəndaşlar polis əməkdaşlarını vaqondan çıxarıblar. Rəsmi məlumata görə, hadisədə iştirak şəxslərin bəziləri artıq saxlanılıb.


Etiketlər:  Ramin Bayramlıdan metrodakı hadisəyə münasibət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ