Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 19:30
"Şalke" "Barselona"dan qışda icarəyə götürdüyü futbolçu Jan-Kler Todibonu birdəfəlik almamaq qərarına gəlib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki,Almaniya təmsilçisi 20 yaşlı müdafiəçi üçün 25 milyon avro ödəmək istəməyib. Klubun onu almaq hüququnun müddətinin mayın 31-i başa çatdığı vurğulanıb.
"Barselona"nın Todibonu başqa kluba satmağa çalışacağı vurğulanıb.
Qeyd edək ki, Todibo "Şalke"də 10 matçda meydana çıxıb.