Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 12:56
Bakı. Trend:
Böyük Britaniyada bir qrup alim ibuprofen preparatının koronavirusun müalicəsində səmərəliliyini yoxlamaq üçün sınaqlara başlayıb.
Trend-in məlumatına görə, mütəxəssislərin fikrincə, qızdırma salan və ağrıkəsici preparat olan ibuprofen nəfəs darlığı kimi problemlərin öhdəsindən gələ bilər.
Bu, koronavirus xəstələrinin süni tənəffüs aparatına qoşulmasının qarşısını ala bilər.
Heyyvanlar üzərində keçirilmiş sınaqlar zamanı məlum olub ki, ibuprofen kəskin respirator infeksiyasına müsbət təsir göstərir.
Xatırladaq ki, koronavirus pandemiyası yayılmağa başlayarkən mütəxəssislər ibuprofenin istifadəsini arzuolunmaz hesab edirdi.
Fransanın Səhiyyə naziri Oliver Veran ibuprofen əvəzinə parasetamol qəbul etməyi məsləhət görmüşdü.