Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 15:14
Bakı. Samir Əli - Trend:
Bakı Şəhər Baş Polis İdarəsi paytaxt ərazisində tibbi maskalardan istifadə etməyən şəxslərə qarşı reyd keçirib.
İdarədən Trend-ə verilən məlumatda bildirilir ki, bu gündən müəyyən olunmuş yerlərdə maska taxmayan vətəndaşlar cərimə olunacaq: "Maskalardan mütləq şəkildə istifadə olunmalı yerlərdən biri də avtobuslardır.
İnsanlar avtobusa daxil olmadan maskanı taxmalıdır və bütün yol boyu çıxarmaq qadağandır. Maska taxmaqla bağlı tələbin ilk dəfə pozulmasına görə, cərimə 50 manatdan 200 manata qədərdir.
Bakı şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində maskalardan istifadə ilə bağlı reyd keçirilib. Reyd zamanı Bakı Nəqliyyat İdarəsinin könüllüləri maskadan istifadə etməyən vətəndaşlara maska paylayıb. Maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimə də olunub. Azərbaycanda karantin rejimi dövründə vətəndaşlar ictimai nəqliyyatda, bazarlarda, ticarət obyektlərində, bankomatların və ödəniş terminallarının qarşısındakı növbələrdə və digər yerlərdə maska taxmalıdır. Əks təqdirdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Həmin xətanın karantin dövründə təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək".