Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 17:54
Aktyor Cavidan Novruz instaqram hesabında həyat yoldaşını doğum günü münasibətiylə təbrik edib.
Sonxeber.net xəbər verir ki, şəxsi həyatından adətən danışmamağa üstünlük verən ulduz xanımına ürək sözlərini belə ifadə edib:
"Ad günün mübarək! Hər yeni günün ötən gündən daha gözəl, istəklərinə uyğun və səni xoşbəxt edəcək şəkildə olmasını arzulayıram sənə. Mehin zatən xoşbəxtsən, amma yenə də arzumu dedim. Səni nə qədər sevdiyimi dilə gətirmirəm ki, adiləşməsin, özün hər şeyi bilirsən, əsas budur".
Məlumat üçün bildirək ki, aktyor bu yaxınlarda "Arzular" adlı yeni serialla tamaşaçıların görüşünə gələcək. Ekran işi iyunun 7-dən etibarən "Xəzər TV"də yayımlanmağa başlayacaq. (publika.az)