Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 02:32
Bakı. Trend:
ABŞ paytaxtının hakimiyyəti komendant saatı başqa daha bir gün müddətinə uzadır. O yerli vaxtla saat 23:00-da qüvvəyə minəcək və iyunun 4-ü saat 06:00-da başa çatacaq.
Trend-in məlumatına görə, bu barədə mətbuat konfransında Vaşinqton meri Müriel Bouzer bildirib.
M.Bouzer deyib: "İctimai təhlükəsizliyin təmin olunması baxımından tövsiyə ondan ibarət idi ki, bu gün komendant saatı rejimində dəyişikliklər etdik".
O, həmçinin rejimin yenidən uzadılmaması ilə bağlı qərarın, şəhərdəki vəziyyətdən asılı olaraq qəbul ediləcək.