Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Metro yenidən BAĞLANIR? - Rəsmi AÇIQLAMA

Metro yenidən BAĞLANIR? - Rəsmi AÇIQLAMA

Tarix: 4 Iyun 2020 13:04

Şənbə və bazar günləri hərəkətin tam məhdudlaşdırılmasi ilə bağlı qərar metropolitenə də şamil ediləcək?

Milli.Az bu suala aydınlıq gətirmək üçün "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb.

Sözçü metronun həftə sonları yenidən bağlanıb bağlanmayacağı ilə bağlı fikirlərdən məlumatsız olduğunu bildirib:

"Bu, ümumi qərarda açıqlanacaq və ancaq Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Onlar hansı qərarı açıqlayacaqsa, biz də o qaydayla çalışacağıq. Mən bu barədə nəsə demək səlahiyyətinə malik deyiləm və tam ətraflı heç bir şeydən də məlumatım yoxdur. Qərar sahibi onlar olduğu üçün ümumi vəziyyəti də bilirsiniz. Biz sərnişin daşıyırıq. Operativ Qərargah nə qərar versə biz ona da tabe olmalıyıq".

Təhməz Təkin
Milli.Az


Etiketlər:  Metro yenidən BAĞLANIR Rəsmi AÇIQLAMA


RƏYLƏR