Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yelo Bank'' avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair tender keçirir

''Yelo Bank'' avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair tender keçirir

Tarix: 4 Iyun 2020 13:48

Bakı. Trend:

“Yelo Bank” ASC 4 iyun 2020-ci il tarixindən bankın avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair açıq tenderin keçirilməsini elan edir.

Bank avtomobillər üçün bir il müddətinə servis xidmətləri təchizatçısının tapılmasında maraqlıdır.

Avtoparka daxildir:

Hyundai Sonata (2007-ci il, 2014-cü il)
Hyundai Tucson IX - 35 (2014-cü il)
Hyundai Accent (2009-cu il)
Toyota Camry (2012-ci il)
Toyota Corolla (2014-cü il)
Chevrolet Niva (2014-cü il)
Nissan Sunny (2008-ci il)
Khazar (2019-cu il)

Müsabiqənin predmeti aşağıdakı lotlar üzrə müqavilənin bağlanması haqqında ən yaxşı təklifdir:

Lot №1 - xərcləmə materialları və ehtiyat hissələri üzrə alış:

Motor yağı 5W - 30,5W - 40, 10W - 40
АSQ, МSQ yağları
Filtrlər: hava, yağ, kondisioner, benzin
Antifriz
Ön, arxa əyləc qəlibləri (taxma)
Şüşəsilən fırçalar
Amortizatorlar
Qayışlar QRM
Maillik vtulkaları
Stabilizator rezinləri
Təkər topları
Alışma şamları
Ön kürələr
Akkumulyator
Radiator
Stabilizator linkləri

Lot №2 - xidmətlərin göstərilməsi:

Avtomobilin ümumi baxışı
Maillik - enmə
Təkərlərin tarazlaştırılması
Motor yağının dəyişdirilməsi
Amortizatorların dəyişdirilməsi
АSQ, МSQ yağlarının dəyişdirilməsi
Qəliblərin dəyişdirilməsi
Kompüter diaqnostikası

İcbaridir: İlkin baxış və yerində təmir işlərinin aparılması haqqında akt, qaimə, invoys, aparılmış iş haqqında akt.

Arzuolunandır: filial şəbəkəsinin olması və evakuator.

Qiymət: vergilər nəzərə alınmaqla son dəyər daxil olmalıdır.

Hesablaşma qaydası: təqdim edilmiş invoys üzrə hər ay ödəniş.

1.2. Sizdən yuxarıda göstərilən imkanların əks olunduğu təklifi hazırlamağı (lotlar üzrə ayrılıqda mümkündür) və 11 iyun 2020-ci il 18:00 qədər təklifi “Yelo Bank” ASC İdarə Heyəti sədrinin adına “Avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair kommersiya təklifi - AÇMAQ OLMAZ” qeydi ilə möhürlənmiş zərfdə bankın baş ofisinə (Bakı şəhəri, Puşkin küçəsi, 30) təqdim etməyinizi xahiş edirik.

1.3. 1.2-ci bənddə göstərilən üsuldan fərqli şəkildə təqdim edilən müsabiqə təkliflərinə baxılmır.

1.4. 1.1-ci bənddə göstərilən tələblərdən fərqli olan müsabiqə təkliflərinə baxılmır.


Etiketlər:  Yelo Bank avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair tender keçirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ