Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abituriyentlərdən koronavirus test nəticəsi tələb olunmur - RƏSMİ

Abituriyentlərdən koronavirus test nəticəsi tələb olunmur - RƏSMİ

Tarix: 4 Iyun 2020 18:09

Bakı. Samir Əli - Trend:

TƏBİB-in abituriyent imtahanları ilə bağlı qaydalarında imtahan verənlərdən test nəticələri tələb olunması yoxdur.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin(TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, abuturiyent test imtahanına daxil olarkən hərarəti yoxlanıla bilər. Biz bu məsələ ilə bağlı bütün müzakirələrə hazırıq. Dövlət İmtahan Mərkəzinin hansı qərar verməsini deyə bilmərik. Amma biz TƏBİB olaraq bütün məsələlərdə müzakirələrdə iştirak edə bilərik".


Etiketlər:  Abituriyentlərdən koronavirus test nəticəsi tələb olunmur RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ