Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 10:32
Bakı. Trend:
İtaliyanın Toskana vilayətində gölün dibində qalan kəndi bərpa etmək qərarı verilib.
Trend-in məlumatına görə, 12-ci əsrdə salınmış Fabbrike di Kareccine kəndi bölgədə istilik elektrik stansiyası üçün bənd tikilərkən su altında qalmışdı.
Həmin kənddə bir neçə daş ev, körpü, qəbiristanlıq və kilsə qalıb. Kənddə olan tikililər bəndin suyu boşaldılarkən bir neçə dəfə üzə çıxıb.
Sonuncu dəfə kənd 1974-cü ildə görünüb. Hazırda Valyi gölünün gələn il üçün qurudulması məqsədilə plan hazırlanır.
Bölgə rəhbərliyi hesab edir ki, kəndin üzə çıxarılması turizmin bərpası üçün səmərəli olacaq.