Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

OPEC nazirlərinin hər iki görüşü bir gündə keçiriləcək

OPEC nazirlərinin hər iki görüşü bir gündə keçiriləcək

Tarix: 5 Iyun 2020 10:44

Bakı. Trend:

OPEC və bu quruma daxil olmayan ölkələrin nazirlərinin görüşü əvvəlki kimi iki gün ərzində yox, bir gündə, iyunun 6-da keçiriləcək.

Trend-in məlumatına görə, bunu danışıqlarda iştirak edən mənbələrdən biri bildirib.

Qeyd olunur ki, OPEC nazirlərinin görüşü Vyanada yerli vaxtla saat 14:00-da, OPEC-ə daxil olmayan ölkə nazirlərin görüşü saat 16:00-da nəzərdə tutulub.

Görüşlər zamanı neft hasilatının azaldılması qərarının müddətinin uzadılması gözlənilir.

Xatırladaq ki, bu ilin aprel ayında OPEC+ ölkələri hasilatı 9,7 milyon barel/sutka azaltmaq qərarı vermişdi.


Etiketlər:  OPEC nazirlərinin hər iki görüşü bir gündə keçiriləcək


RƏYLƏR