Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 20:58
Almaniya Futbol Liqası (DFL) "Borussiya"nın (Dortmund) futbolçuları Manuel Akanci və Ceydon Sançonu cərimələyib.
Qol.az DFL-in saytına istinadən xəbər verir ki, buna onların karantin rejiminin qaydalarını pozması səbəb olub.Cərimənin məbləği açıqlanmayıb.
Belə ki, Akanci və Sanço evlərinə bərbər çağırıblar. Ancaq bu zaman onlar maska və əlcəkdən istifadə etməyiblər. Futbolçuların qaydaları pozması şəkilləri sosial şəbəkədə yerləşdirən zaman görülüb.