Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Borussiya" uduzdu

Tarix: 6 Iyun 2020 00:30

Almaniya Bundesliqasında 30-cu tura start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. Münhenqladbax "Borusiya"sı "Frayburq"un qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Frayburq" - "Borussiya" - 1:0
Qol:
Peterson, 58

Bu qələbə ilə xalını 41-ə yüksəldən "Frayburq" turnir cədəlinin 8-ci pilləsində qərarlaşıb, Münhenqladbax təmsilçisi isə 56 xalla 4-cü pillədə qalıb. Siyahıya 67 xalla "Bavariya" başçılıq edir. Dortmund "Borussiya"sı 60 xalla 2-ci, "Leyptsiq" 58 xalla 3-cüdür.

 


Etiketlər:  Borussiya uduzdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ