Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 02:04
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İrana qarşı neft embarqosunun müddətini uzadıb.
Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp ABŞ dövlət katibi Mayk Pompeo, Energetika Nazirliyi və Maliyyə Nazirliyinə ünvanladığı qərarda bildirib.
D.Tramp qeyd edib ki, ABŞ İrandan başqa digər ölkələrdən "kifayət qədər neft və neft məhsulları" alır, bu isə embarqonun uzadılmasına əsas verir.
Qeyd edək ki, İrandan neft tədarükünə embarqo ilk dəfə 2012-ci ildə tətbiq edilib.