Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2019 21:44
Bakı. Mətanət Nəsibova - Trend:
Bu ilin aprel ayında Bakının təkrar mənzil bazarında qiymətlər mart ayı ilə müqayisədə 1,1 faiz azalıb, ötən ilin aprel ayı ilə müqayisədə isə 2,9 faiz artıb.
Bunu Trend-ə daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, bu ilin aprelində mənzilin bir kvadrat metri üçün orta qiymət 990 dollar təşkil edib, ötən ilin eyni dövründə isə bu göstərici 962 dollara bərabər olub:
"Təkrar bazarda ekonom tipli mənzillərin qiyməti bu ilin aprelində bir kvadrat metr üçün 754 dollar təşkil edib. Ötən ilin aprelində bu rəqəm 777 dollar olub".
Təkrar mənzil bazarında satışa çıxarılan mənzillərin 36,8 faizi üçotaqlı, 31 faizi ikiotaqlı, 13 faizi birotaqlı mənzillər olub.
Dörd və daha çox otaqlı mənzillərin payı 8,11 faiz təşkil edib.
Bakıda təkrar mənzillər daha çox Nəsimi (28 faiz), Yasamal (23 faiz), Xətai və Səbail rayonlarında (10 faiz) satışa çıxarılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin