Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 17:30
"Verona"nın futbolçusu Maraş Kumbulla "Yuventus"a keçməyə yaxındır.
Qol.az "La Stampa"ya istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi Turin klubu ilə müqavilə imzalamaqla bağlı razılığa gəlib. Bu transferin cəminin 32 milyon avro təşkil edəcəyi vurğulanıb.
Qeyd edək ki, alban oyunçu ilə "İnter", "Napoli", "Latsio", "Mançester Yunayted", "Çelsi" və "Arsenal"ın da maraqlandığı iddia olunurdu.