Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Google yanlışlıqla Android 11-in beta versiyasını yayımladı

Google yanlışlıqla Android 11-in beta versiyasını yayımladı

Tarix: 6 Iyun 2020 19:12

Android 11-in beta versiyası səhvən Google şirkəti tərəfindən yayımlanıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, normalda vaxtı dəyişdirilməli olan yenilənmə yanlışlıqla yayımlanıb.

Əslində bənzər hadisələr ötən illərdə də baş verib. Ancaq bunlar "Google işçilərinə məxsusi yenilənmələr" olaraq təqdim olunurdu. Amma bu dəfə vəziyyət başqadır. Çünki Google əməkdaşı olmayan şəxslərin telefonunda da Android 11-in beta versiyası aktivləşdirilib.

Qeyd edək ki, məsələ ortaya çıxdıqdan qısa müddət sonra yenilənmə platformadan yığışdırılıb. Lakin yenilənmənin yükləndiyi cihazlar Andorid 11 ilə çalışmağa davam edir.


Etiketlər:  Google yanlışlıqla Android beta versiyasını yayımladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ