Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 20:20
Ötən il sözügedən tətbiq 700 milyon dəfə yüklənib.
Sensor Tower statistikasına görə, TikTok tətbiqi ötən ay dünyada ən çox yüklənən tətbiqi olub. May ayında TikTok ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən iki dəfə çox olmaqla 111.9 milyon dəfə yüklənib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, tətbiq ən çox Hindistanda populyardır.
Belə ki, bu ölkədə yüklənmə sayı bütün yükləmələrin 20%-ni təşkil edib.
ABŞ rəsmilərinin TikTok haqqında mənfi fikirlərinə baxmayaraq, bu ölkə yüklənmə sayına görə (9,3%) ikinci yeri tutur.
Android platformasında TikTok tətbiqi birinci yerdə, iOS-da isə Zoom videokonfrans xidmətindən sonra ikinci sırada qərarlaşıb.
Sensor Tower-in məlumatlarına görə, TikTok və Douyin istifadəçiləri bir ayda 78 milyon dollar xərcləyərək, bu yaxınlaradək daha populyar xidmətlər olan YouTube, Tinder və Netflix istifadəçilərini geridə qoyub.