Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2020 10:22
İrlandiyalı döyüşçü Konor Makreqor növbəti dəfə karyerasını başa vurduğunu elan edib.
Qol.az xəbər verir ki, bu haqda o, özünün Tvitter səhifəsində məlumat yayıb. “Qərara gəldim ki, döyüşlərdən gedim. Xoş xatirələrə görə təşəkkür” – deyə o yazıb.
Qeyd edək ki, buna qədər Makreqor iki dəfə karyerasının başa vurduğunu elan etsə də, sonradan idmana qayıdıb.
Daha öncə yayılan xəbərə görə, UFC prezidenti Dena Uayt Makreqorla Həbib Nurmaqomedovun titul döyüşünü təşkil etmək istəyir.