Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 12:33
Bakı. Trend:
AMEA Azad Həmkarlar İttifaqı və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Həmkarlar təşkilatı tərəfindən hazırkı pandemiya vəziyyəti ilə əlaqədar ehtiyacı olan əməkdaşlara yardım göstərilib.
İnstitutdan Trend-ə verilən məlumata görə, Həmkarlar təşkilatının sədri, t.ü.f.d., dosent, Sübhan Talıblının təşkilatçılığı ilə həyata keçirilən tədbirdə 35 əməkdaşa yardım edilib. Yardım zəruri ərzaq məhsullarını əhatə edib. S.Talıblı bildirib ki, növbəti ayda da bu cür tədbirin həyata keçirilməsi planlaşdırılır.