Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tiaqo Silva iyulda PSJ-dən ayrılacaq

Tiaqo Silva iyulda PSJ-dən ayrılacaq

Tarix: 9 Iyun 2020 04:28

Bakı. Trend:

Fransanın "Pari Sen-Jermen" futbol klubu braziliyalı müdafiəçi Tiaqo Silva ilə müqaviləni yeniləməyəcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə bu barədə "L'Equipe" nəşri xəbər verib.

PSG-nin idman direktoru Leonardo 35 yaşlı braziliyalı ilə telefon görüşündə klubun bu il iyulun 30-da başa çatacaq müqaviləni yeniləməmək qərarı barədə danışıb. Daha əvvəl bildirilib ki, T.Silva klubda qalmaq istəyir və daha az maaş almağa hazırdır.

Tiaqo Silva PSJ-nin kapitanıdır və 2012-ci ildən bu klub uğrunda oynayır. Bu dövrdə futbolçu altıqat Fransa çempionu, dördqat Kubok və altıqat ölkə Superkuboku sahibi adını qazanıb.


Etiketlər:  Tiaqo Silva iyulda PSJ dən ayrılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ