Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 08:36
Cari ilin yanvar-mart aylarında "Gürcüstan Dəmir Yolları" SC-nin gəlirləri 23,7 faiz artaraq 122 milyon lari təşkil edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səhmdar Cəmiyyətin cari ilin birinci rübünün maliyyə hesabatında məlumat verilir.
Bildirilir ki, bununla belə, cari ilin birinci rübündə SC-in xərcləri gəlirləri üstələyib və cəmiyyət 163,5 milyon lari itki ilə üzləşib. İtkilərin əsas mənbəyi valyuta bazarındakı qiymət dəyişikliyi və milli valyutanın dəyərini itirməsi olub.
"Gürcüstan Dəmir Yolları" SC -nin gəlirləri yük daşınmalarından 94,5 milyon lari, logistik xidmətlərdən 13,1 milyon lari, sərnişin daşınmalarından 4,7 milyon lari, vaqonların icarəyə verilməsindən 8,3 milyon lari və digər mənbələrdən 2 milyon lari təşkil edib.
"Gürcüstan Dəmir Yolları" SC-nin gəlirlər 2018-ci illə müqayisədə xeyli artıb.