Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 20:22
Koronavirusla Mübarizə Fonduna 113 milyon manata qədər vəsait toplanıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xudmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, indiyə qədər bu vəsaitin xərclənməsinə ehtiyac olmayıb. Əgər ehtiyac olarsa, ictimai nəzarət şurasının nəzarəti ilə bu vəsait xərclənə bilər. Amma hələ ki buna ehtiyac yoxdur. Dövlət bu vaxta qədər lazım olan bütün xərcləri ödəyə bilib. Ona görə də bu vəsait qalıb".