Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 21:12
Feysbuk şəffaflığı təmin etmək məqsədi ilə dövlət nəzarətində olan kütləvi informasiya vasitələrinin (KİV) paylaşımlarını işarələməyi qərara alıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət nəşrin quruluşu, rəhbərlik və işçilər haqqında məlumatlar, redaksiya siyasəti və maliyyələşdirmə mənbələri əsasında dövlət nəzarətinin mövcudluğunu müəyyənləşdirməyi planlaşdırır. Bu istiqamətdə bütün dünya üzrə 65 media mütəxəssisi çalışır.
Belə işarə almış nəşr sosial şəbəkənin qərarı ilə razılaşmadıqda apelyasiyaya müraciət edə və müstəqilliyini təsdiq edən əlavə sənədlər təqdim edə bilər.
Qeyd edək ki, Feysbuk yay aylarında ABŞ-da dövlət nəzarəti altında olan KİV-in reklamlarını blok etməyə başlayacaq.