Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 03:04
Bakı. Trend:
Ötən sutka ərzində Rusiyanın paytaxtı Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı edilən testlərin müsbət çıxdığı daha 53 xəstə vəfat edib.
Trend-in məlumatına görə, bu barədə paytaxtın koronavirusa nəzarət və monitorinq üzrə baş qərargahından bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 53 xəstə dünyasını dəyişib".
Ümumilikdə paytaxtda koronavirusdan 3 138 nəfər ölüb, son sutkada 1 195 olmaqla 199 785 virusa yoluxma halı qeydə alınıb, 113 533 nəfər sağalıb.