Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 07:16
Ukrayna Avropa Komissiyasından 500 milyon avro həcmində kredit alıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.
O bildirib ki, bu kredit makromaliyyə yardımının dördüncü paketi çərçivəsində verilib. Həmin məbləğ koronavirus pandemiyasından zərər görmüş iqtisadiyyatın inkişafına yönəldiləcək.
Qeyd edək ki, Avropa Komissiyası 2014-cü ildən etibarən Ukraynaya 3,8 milyard avro məbləğində vəsait ayırıb. Bu, Avropa İttifaqı xaricindən ölkəyə ayrılan ən böyük məbləğdir.