Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnsanın sağlamlığının izlənilməsi üçün innovativ “ağıllı” parça hazırlanıb

İnsanın sağlamlığının izlənilməsi üçün innovativ “ağıllı” parça hazırlanıb

Tarix: 11 Iyun 2020 08:12

Müasir daşınan cihazlar ürək ritmini, tənəffüsün tezliyini və başqa göstəriciləri qeydə ala bilir. Bu isə insana öz orqanizminin vəziyyətini izləməyə imkan verir. Müxtəlif sensorların birbaşa parçaya inteqrasiyası növbəti mərhələ olacaq ki, bu da daşınan elektronikanın imkanlarını xeyli genişləndirməyə imkan verəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Lozanna Federal Politexnik Məktəbi və Foton materialları və Lifli cihazlar Laboratoriyasının tədqiqatçıları adi parçaya quraşdırıla bilən elektron lif yaratmaqla kiçik bir texnoloji nailiyyət əldə ediblər.

Yeni texnologiya parçanın liflərinə inteqrasiya edilmiş elastik sensorlardan ibarətdir. Tədqiqatçıların sözlərinə görə, bu, "ağıllı" parça dünyasına qapı açır. Gələcəkdə pasiyentin sağlamlığına böyükölçülü qurğu deyil, adi geyim nəzarət edəcək.

Tədqiqatçıların sözlərinə görə, əsas problem yumşaq materiallardan qurulmuş elektrik şəbəkəsi yaratmaqdır.

Milli.Az


Etiketlər:  İnsanın sağlamlığının izlənilməsi üçün innovativ ağıllı parça hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ