Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 17:22
Portuqaliya ikinci Liqa təmsilçisi "Şaveş"in futbolçusu Kevin Medinanın karyerasını növbəti mövsümdən "Qarabağ"da davam etdirəcəyi dəqiqləşib.
Qol.az xəbər verir ki, klubun prezidenti Fransisku Joze Karvalyu "Sinal TV"yə açıqlamasında kolumbiyalı müdafiəçinin Ağdam təmsilçisinə transferini təsdiqləyib: "Transfer tamamlanıb. Yalnız tibbi müayinədən keçmək lazımdır. Ancaq beynəlxalq uçuşlar olmadığı üçün bu məsələ qalıb".
Karvalyu Ağdam klubundan alacaqları təzminat barədə isə məlumat verməyib.
Qeyd edək ki, 2019-cu ildən "Şaveş"də oynayan K.Medina bu mövsüm 11 oyunda meydana çıxıb. Onun"Qarabağ"la 3 illik müqavilə imzalayacağı gözlənilir.