Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

YARAT-ın virtual layihəsi: "Anlamaq mümkün deyil, mən sonsuzluğa, yoxsa göz qapaqlarımın tərs üzünə baxıram" (FOTO/VİDEO)

YARAT-ın virtual layihəsi:

Tarix: 11 Iyun 2020 19:00

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı sizi Virtual ARTIM Layihə Məkanında, Ağababa Bağırov, Katerina Bortsova, Coşua Dayson, Leyli Əhmədova, Murad Əkbərli, Natiq Əsgər, "You Open a Box" art-kollektivi, Lukaş Horbov, Laura İqe, Martina Morqer, Rehan Miskçi, Furuq Noei, Florian Nitş, Natan M. Kollis, Cey Rexştayner, Qafar Rzayev, Nadya Sayapina, Yuliya Smirnova, Alina Şvibbe, Pudji Utomo, Nina Traub və Lukas Zerbst duetinin əsərlərindən ibarət "Anlamaq mümkün deyil, mən sonsuzluğa, yoxsa göz qapaqlarımın tərs üzünə baxıram" adlı qrup sərgisinə dəvət edir.

Sərgi tarixləri: 22 may – 22 avqust

AYAZ tərəfindən musiqi seti

Məkan: Virtual ARTIM Layihə Məkanı

Ətraflı məlumat: www.yarat.az; (+994)50 246 9292

Virtual sərgiyə daxil olma təlimatlarını aşağıda qeyd olunub:

Təlimatlar

Sərgiyə daxil olmaq üçün Microsoft sistemi olan kompüter lazımdır IOS sistemli kompüterlər üçün giriş prosesi hazırlanır və qısa müddətdə mümkün olacaq). Tətbiq yalnız kompüterlərdə işləyir.

Sərgiyə daxil olmaq üçün:

• Tətbiqi yükləyin

• Qovluğu açın

• Qovluğu kompüterin desktopuna atın

• Vriendly.exe faylını açın (Microsoft yazılı pəncərə açılırsa və bu proqramı işə salmağa icazə vermirsə,

More info yazısını basın, daha sonra isə Run anyway düyməsini)

• İstifadəçi adınızı daxil edin

• Giriş düyməsini basin

• Avatarınızı yaradın

• Logini seçin

Sərgi daxilində:

• Danışa və digər insanlarla ünsiyyət qura bilərsiniz

• Videoəsərləri görmək istəyirsinizsə, proyeksiya divarına yaxınlaşın və videolar işə düşəcək

• Hərəkət etmək üçün W düyməsini, sağa-sola çevrilmək üçün isə siçanı və ya taçpad və yaxud da Q

və E düymələrindən istifadə edin

• Səsi eşitmək üçün qulaqlıq simvolunu basin

• Sənət əsərləri haqqında daha çox məlumat əldə etmək üçün İnfo düyməsini basin

Sərgidən çıxmaq üçün:

• Siçanın sağ düyməsini bir neçə saniyə basıb saxlayın

• Parametrlər pəncərəsi peyda olacaq

• Çıxışı seçin

Tətbiqi yükləmək üçün:

Windows: https://bit.ly/3dJ8yGf

Mac: https://bit.ly/3h4BElj

Kainat boyunca səyahət edən kosmik gəmidə Virtual ARTIM Layihə Məkanına xoş gəlmisiniz! Planetimizdə yaşamaq mümkün olmadığından, kosmik gəmi onu tərk edir...Sizi "Anlamaq mümkün deyil, mən sonsuzluğa, yoxsa göz qapaqlarımın tərs üzünə baxıram" adlı tarixi qrup sərgisinə dəvət edirik. Sərgi 2019-cu ildə baş qaldıran və indiyə kimi davam edən koronavirus pandemiyasına həsr olunub. İnsanları yaşamaq üçün alternativlər axtarmağa məcbur edən fəlakətlərdən birini xatırladan sərgi, Yer kürəsinin sakinlərinin bu fövqəladə vəziyyətə qarşı müxtəlif reaksiyalarını əks etdirir. Sərgiyə qatılmazdan əvvəl, süni intellekt, robot və insanların kəsişməsində olan hibridlər kimi avatarlar yarada bilərsiniz.

Sərginin adı və konseptual təbəqəsi Qreq İqanın "Karantin” (1992) elmi-fantastik romanından ilhamlanıb. Əsərdə hadisələr yaxın gələcəkdə, 2034-2080-ci illərdə cərəyan edir. Günəş sistemi naməlum səbəblərə görə nəhəng qovuq tərəfindən izolyasiya olunur. Bu, geniş ictimai çaxnaşmalar, klaustrofobiya və terror aktlarına səbəb olur. Kütləvi psixoz hallarını aradan qaldırmaq üçün, ən yeni imkanlara malik qabaqcıl bio və nanotexnologiyaların istifadə olunduğu neyron modullar insanların beyninə quraşdırılır. Onlar insanda müəyyən bacarıqlar, müxtəlif emosiyalar, dəyişdirilmiş şüur durumları yaratmaqla yanaşı, qeyri-qanuni nəzarət sistemləri və müxtəlif effektləri tətbiq edir. Əsər kvant mexanikasının paralel hadisələr, müşahidəçinin gözləntilərinin vacib rolu, eləcə də insanın beynindəki dalğaların gücünün bütün sistemi darmadağın etmək
iqtidarında olması ilə bağlı nəzəriyyələri ilə uzlaşır. Sərgi məkanı bu metafizik nöqteyi-nəzəri əks etdirir. Ziyarətçilər paralel olaraq digər insanlar arasında baş verən imkanların müxtəlifliyini araşdıraraq müxtəlif emosional durumlara "səyahət etmək", idarəetmə sistemlərinin nəzarətindən, son olaraq bu qeyri-müəyyən, bulanıq durumdan xilas olmaq arzusunu yaşaya biləcəklər.

Yeni fəaliyyətə başlayan rəssamların təqdim etdiyi əsərlər, Covid-19 qlobal böhranının səbəb olduğu karantinin fonunda, müxtəlif mümkün və qeyri-mümkün durumları və mövqeləri nümayiş etdirir. Əsərlərdə izolyasiyanın səbəb olduğu, bu gün geniş vüsət alan rəqəmsal və fiziki yaradıcılıqda bədii ifadə formasını tapmış yalnızlıq və olduqca qaranlıq əhval-ruhiyyə ortaya çıxır. Eyni zamanda, virtual məkanı təcrübə və macəra üçün yeni fürsət hesab edən, lakin, sosial şəbəkələrdə özlərini süni təmsil edənlər haqqında tənqidi düşünən, saxta, şişirdilmiş "fağır" mövqeləri şübhə altına qoyan səslər təqdim olunur. Gündəlik həyatın gözəlliyini əks etdirən əsərlər isə yeni məna səviyyəsini formalaşdırır. Onlar gündəlik həyatın bayağı hadisələrini yumoristik və sənədli formada "xüsusiləşdirir” və bizi kiçik hadisələrin gözəlliyindən zövq almağa stimullaşdırır. Ekspozisiyalardan biri, əlavə olaraq gender stereotipləri haqqında təsəvvürləri şübhə altına qoyan "həyatın dramı" mövzusuna həsr olunub. Görəsən əhval-ruhiyyəmizin qəfil dəyişkənliyi necə ifadə olunur? Emosional "partlayışlarla", yoxsa özümüzə qapanmaqla? Növbəti mərhələ, izolyasiya dövründə birlik və vəhdət hissinin necə qurulduğunu və yaşandığını göstərir. Buna misal olaraq, art rezidensiya məkanına bağlanmış rəssamların "yaradıcı birlik" formalarını yaratmasını göstərmək olar. Döşəkağı bayrağa çevriləndə, sülh və əmin-amanlıq da paralel vəziyyətə çevrilir və biz, harmoniya durumunu ağ labirint vasitəsilə tapa bilirik. Bir tərəfdən, xaricdən bizə zorla qəbul etdirilən durğunluq narazılıq səsləri, üsyan istəkləri və jestləri doğurur. Digər tərəfdən isə, gündəlik səs-küylər, titrəyən və əriyib yox olan, sonsuz ölçüləri ehtiva edən bir məkana çevrilir. Bu durumların "nə" və ya "kim" tərəfindən yaradılmasına məhz biz qərar veririk: beynimiz, süni intellektin emosional rejimi və ya ancaq digər qavrayış ölçüsündən başa düşülə biləcək bir matrisa.

ARTIM haqqında
İçərişəhərdə yerləşən ARTIM Layihə Məkanının başlıca diqqəti gənc rəssamlara yönəlib və əsas məqsədi yenicə üzə çıxan istedadların inkişafını dəstəkləmək və həvəsləndirməkdir. Bu məkan, incəsənət əsərləri ilə eksperimentlərin keçirilməsi, onların peşəkar nümayişi üçün platforma sayılır. Gənc yaradıcı insanlar müxtəlif ARTIM proqramlarında iştiraka dəvət olunurlar.

VRIENDLY
Vriendly ilk növbədə sahibkarlara və startaplara yönəlmiş innovasiyanı, təhsili və həyatı gələcəkdə dəyişdirmək üçün GAAS virtual mühitidir. Vriendly'nin sonsuz çoxmövzulu otaqları və xüsusi alət dəsti ilə 3D formatına uyğunlaşdırılmış mühiti istifadəçilərə effektiv seansları mənalı bir şəkildə keçirməyə imkan verir. İnanırıq ki, istər gözəl dizayn edilmiş lövhədə rəsm çəkmək və mətn yazmaq, paylaşmaq, sessiyalar vasitəsilə faylları platformaya yükləmək və ya istərsə də bir-biriniz ilə danışıb əlaqə yaratmaq olsun Vriendly virtual platforması öyrənmək və zövq almaq üçün mənalı təcrübə yaradır.

YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi: YARAT-ın virtual layihəsi:


Etiketlər:  YARAT ın virtual layihəsi Anlamaq mümkün deyil mən sonsuzluğa yoxsa göz qapaqlarımın tərs üzünə baxıram FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ