Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xiaomi elektrik divan istehsal edib - Xüsusiyyətlər

Xiaomi elektrik divan istehsal edib - Xüsusiyyətlər

Tarix: 11 Iyun 2020 22:12

Çinin texnologiya nəhəngi Xiaomi, "Xiaomi Qifeng Electric Sofa" adlı yeni elektrik divanı istehsal edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Xiaomi Qifeng Electric Sofa" Skandinaviya minimalist üslubunda hazırlanıb və qara, ağ, həmçinin boz rəngdə təklif olunur.

Bu divanın istehsalında, istifadəçilərin rahatlığını təmin etmək üçün Tay lateks və Yüksək Elastik pambıq materialları istifadə olunub. Divan detallarının 103-160 dərəcə əyilməsini tənzimləyir, həmçinin oturduğunuz və ya uzandığınız zaman divanın formasını dəyişmək üçün qurğuda bir düymə mövcuddur.

"Xiaomi Qifeng Electric Sofa" elektrik divanı ilk olaraq Çin bazarında satılacaq. Yenilik müvəffəqiyyətli olarsa, Xiaomi onu ölkədən kənarda da satışa çıxara bilər.

Qeyd edək ki, qurğunun qiyməti təxminən 225 ABŞ dollarıdır.

Milli.Az


Etiketlər:  Xiaomi elektrik divan istehsal edib Xüsusiyyətlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ