Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 04:32
Portuqaliya Futbol Federasiyası (FPF) çoxdəfəli maska istehsalını dəstəkləmək məqsədilə minlərlə şərfi yenidən istehsala buraxıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "FPF Portugal" mağazalarında satılan maskalar COVID-19 pandemiyasına qarşı mübarizəyə dəstək məqsədilə milli komandaların yenidən istehsala buraxılmış şərflərindən hazırlanır. Maskaların satışından əldə olunan vəsait aztəminatlı ailələrə ərzaq yardımı göstərilməsinə sərf ediləcək.
Qeyd edək ki, federasiya artıq koronavirusla mübarizədə həmrəylik çərçivəsində aksiya təşkil edərək 2,5 milyon avrodan çox pul toplayıb.