Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 10:00
Azərbaycanda daha bir gənc koronavirusdan ölüb.
Sonxeber.net "Qafqazinfo"- ya istinadən xəbər verir ki, Bakıda mebel şirkətinin direktoru olan 1986-cı il təvəllüdlü Fərid Əliyev koronavirus xəstəliyindən vəfat edib.
Bu barədə yaxınları sosial şəbəkədə məlumat yayıblar. Bildirilib ki, əvvəldən heç bir xəstəliyi olmayan F.Əliyev koronavirusa yoluxsa da, ilk günlərdə bunun adi qrip olduğunu deyərək həkimə müraciət etməyib.
Evdə özünü müalicə etməyə çalışan F.Əliyev nəfəs çatışmazlığından vəfat edib. F.Əliyevdə son günlər yüksək temperatur, öskürək və boğulmalar olub.