Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda daha 75 nәfәr koronavirusdan ölüb

İranda daha 75 nәfәr koronavirusdan ölüb

Tarix: 12 Iyun 2020 13:56

Bakı. Elnur Bağışov - Trend:

İranda ötәn sutka әrzindә daha 75 nәfәr koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 8 659 nәfәrә çatıb. Sadat Lari әlavә edib ki, ötәn 24 saat әrzindә daha 2 369 nәfәr koronavirusa yoluxub.

Bununla da İranda bu virusa yoluxanların sayı 182 545 nәfәrә yüksәlib. Onlardan 2 739 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi indiyәdәk 144 649 nәfәrin koronavirusdan sağaldığını deyib. Sadat Lari deyib ki, Hörmüzqan, Kürdüstan, Şәrqi Azәrbaycan, Lorestan vә Xuzistan vilayәtlәrindә vәziyyәt tәhlükәlidir.

İranda indiyәdәk 1,19 milyondan çox diaqnoz testi hәyata keçirilib.


Etiketlər:  İranda daha nәfәr koronavirusdan ölüb


RƏYLƏR