Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xüsusi karantin rejimi tətbiq olunan rayonlardan keçərkən avtomobili saxlamaq qadağandır

Xüsusi karantin rejimi tətbiq olunan rayonlardan keçərkən avtomobili saxlamaq qadağandır

Tarix: 12 Iyun 2020 17:48

"Fəaliyyətinə icazə verilən şəxslər sərt karantin elan olunan ərazilərdən öz maşınları ilə keçə biləcəklər".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, lakin fəaliyyətinə icazə verilməyən şəxalər gizli yollarla da keçməyə cəhd edərsə məsuliyyətə cəlb olunacaq: "Sərt karantin rejimi tətbiq olunan rayonların kəndlərinə də giriş qadağandır. İsmayıllı rayonundan keçən magistral yollarda hərəkət olacaq. Başqa rayona gedən şəxslər bu yollardan keçə bilər. Lakin həmin ərazidə saxlamaq qadağandır. Onsuz da həmin rayonların ərazisində heç bir obyekt işləməyəcək".

Qeyd edək ki, sərt karantin rejimi Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında tətbiq ediləcək.


Etiketlər:  Xüsusi karantin rejimi tətbiq olunan rayonlardan keçərkən avtomobili saxlamaq qadağandır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ