Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çimərliyə getmək üçün əvvəlcədən elektron növbə götürüləcək

Çimərliyə getmək üçün əvvəlcədən elektron növbə götürüləcək

Tarix: 12 Iyun 2020 18:30

Çimərliklərlə bağlı elektron növbə sistemi Bakı Şəhər İcra Hakimiyyəti ilə ASAN Xidmətin "Elektron Hökumətin İnkişafı Mərkəzi" tərəfindən hazırlanır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərərgahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev bildirib ki, çimərliklərə icazə yerlərin sayına uyğun veriləcək: "Bildiyiniz kimi, ASAN xidmətdən əvvəlcədən elektron növbə götürməklə istifadə etmək olur. Eyni prinsiplə çimərliklər üçün növbə sistemi hazırlanır. Bu sistem imkan verəcək ki, çimərliyin qəbul edə biləcəyi həddə insanlara növbə verilsin. Əgər növbə dolubsa, sistem icazə verməyək".


Etiketlər:  Çimərliyə getmək üçün əvvəlcədən elektron növbə götürüləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ