Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 21:54
İctimai nəqliyyatda maska taxmayan şəxslər cərimə edilib və maskası olub taxmayanlara isə xəbərdarlıq edilərək marifləndirici söhbətlər aparılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Xətai rayon polis idarəsinin əməkdaşları rayon ərazisində reydlər keçirib. Avtobuslarda aparılan yoxlamalar zamanı maskasız avtobusa daxil olan şəxslər avtobusdan düşürülüb və onlar barəsində protokol yazılıb.
Qeyd edək ki, ictimai nəqliyyatda maska taxmaq məcburidir. Bu qaydanı ilk dəfə pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir. Həmin xətanın karantin dövründə təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.
İctimai nəqliyyatda maska taxmayan şəxslər cərimə edildi (FOTO) - Gallery Image