Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artisti İnstaqramda təhqir edən musiqiçi SAXLANILDI - FOTO

Əməkdar artisti İnstaqramda təhqir edən musiqiçi SAXLANILDI - FOTO

Tarix: 13 Iyun 2020 11:40

Əməkdar artist Elnarə Abdullayeva barəsində sosial şəbəkədə təhqiramiz ifadələr işlədən şəxs tapılıb.

Milli.Az xəbər verir ki, xanım sənətçi "Zaurla Günaydın"da bu barədə açıqlama verib.

O, ilk dəfə nəyəsə görə polisə şikayət etdiyini deyib:

"Mən ömründə kimisə polisə şikayət etməmişəm. Bir musiqiçi haqqımda olmazın sözlərin dediyi üçün 102-yə zəng edib, ona polisə vermişəm. O şəxs musiqiçidir, deyəsən nağara ifaçısıdır. Sən məni tanımırsan heç. Haqqımda pis-pis danışmışdı.102-yə deməyim üçün tutarlı səbəbim var. Mən də o qədər güldüm-güldüm, dedim "Sən məni harada görmüsən?". Söyüş söyüb. Biri var hansısa bir vaxtdan hansısa bir yerə kimi gələsən, müəyyən səhvlər buraxasan. Mənim taleyimdə, həyatımda belə bir şey olmayıb. Heç kim mənim qabağıma çıxıb deyə bilməz ki, buradan durub burada oturmusan. Bunu hamı deyir ha, hamı özünü tərifləyə bilər, amma əvvəla insanı sinif yoldaşları, tələbə yoldaşları tanıyır ki, kimsən sən. Biri var sən məni tanımırsan, mən səni ümumiyyətlə tanımıram, mən sənlə bir dəfə də olsa toya getməmişəm, səni toya aparmamışam. Bu söhbət təzəlikcə olub. O adam tapılıb, Yasaml polisi həll edir bu məsələni. Müəyyən söhbətlər var ki, onlar özləri həll edəcəklər. Mən özüm onun işini həll edərəm, amma qanun-qayda olan dövlətdə mən özümə niyə əziyyət verim?! Mən onu dünyada bağışlamaram. 

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Əməkdar artisti İnstaqramda təhqir edən musiqiçi SAXLANILDI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ