Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pərvin və rəfiqələri karantin qaydalarını belə pozdular - VİDEO

Pərvin və rəfiqələri karantin qaydalarını belə pozdular - VİDEO

Tarix: 13 Iyun 2020 12:05

Bakıda doğum günü mərasimi təşkil olunmaqla ölkədə tətbiq edilən karantin qaydaları pozulub.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlardan da göründüyü kimi, məclisdə xeyli sayda insan iştirak edib.

Bu isə bilavasitə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə ziddir.

Qeyd edək ki, doğum günü məclisində tanınmış aktrisa Pərvin Abıyeva da olub. O, görüntülərdə qızlardan birinin qucağına oturaraq rəqs etməyə başlayır.

Xatırladaq ki, xüsusi karantin rejiminin tələbinə görə ölkə üzrə bütün kütləvi tədbirlərin keçirilməsi (toy, yas, doğum günü və s.) qadağandır, eləcə də 10-dan çox insan bir yerə toplaşmamalıdır.


Etiketlər:  Pərvin rəfiqələri karantin qaydalarını belə pozdular VİDEO


RƏYLƏR