Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2020 14:00
Bakıda iaşə obyektlərində fırıldaqçılıq edən şəxs müşahidə kameralarına düşüb.
Sonxeber.net xəbər verir ki, hüquq-mühafizə orqanlarından Oxu.az-a verilən məlumata görə, iyunun 12-də Badamdar qəsəbəsində naməlum şəxs dönər satıcılarını 80 manat məbləğində aldadıb.
Daha iki analoji hadisə Binəqədi rayonunda baş verib. Burada bir kişi öz hərəkətləri ilə ictimai iaşə obyektlərinə 480 manat zərər vurub. Polis həmin şəxsi axtarır.
Dələduzluq sxemi sadədir. Kişi kafeyə daxil olur, böyük şaurma sifariş edir və kuryerə "çaypulu" vermək adı ilə onu avtomobil ilə getməyə razı salır. Eyni zamanda, fırıldaqçı kifayət qədər pulunun olmadığını və yalnız evə çatdıqdan sonra ödəniş edə biləcəyini deyir. Kuryerdən isə ilkin ödəniş kimi, verəcəyi pulun qalığı həcmində müəyyən məbləğdə pul alır.
Yolda o, kuryerin sayıqlığını zəiflədir, onunla müxtəlif mövzularda danışır və yaşayış binasının həyətinə gətirir. Burada kafe işçisinə mənzilinə qalxmağı və həyat yoldaşından, deyək ki, 100 manat istəməsini xahiş edir. Kuryer tələbi yerinə yetirməyə gedəndə həmin şəxs maşını ilə aradan çıxır.
Şübhəli şəxsin görüntülərini sizə təqdim edirik.